Ramin Quluzadə nazir vəzifəsindən çıxarıldı
Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı günü sərəncam imzalayıb.
O, digər bir sərəncamla Rəşad Nəbiyevi bu vəzifəyə təyin edib.
Rəşad Nəbiyev indiyədək “Azərkosmos” ASC-nin sədri vəzifəsində çalışıb.