Ermənistanda daha bir zəlzələ
Ermənistanda ötən gün baş verən zəlzələdən sonra, 3,7 bal gücündə təkrar yeraltı təkanlar qeydə alınıb. Zəlzələ şimal-qərbdə yerləşən iki bölgədə – Geğarkunik və Tavuşda yer alıb.
Yeraltı təkanların gücü episentrdə 5 bala çatıb, seysmoloqlar bildirir. Səhər saat 00:06-da baş verən zəlzələnin mərkəzi yerin 10 kilometr dərinliyində yerləşib.
Ötən gün baş verən 5-6 bal gücündə yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib. “Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunmuşdur”, – Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda deyilir.
Ermənistan mediası zəlzələdən sonra bir sıra yaşayış məntəqələrində elektrik enerjisi ilə təchizatın pozulduğunu xəbər verir.
Basta