Azərbaycan və Türkiyə hərbçilərinin qış təlimlərindən yeni görüntülər – Video

Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər paylaşıb.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşımda deyilir:

 

“Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidəçi gününə hazırdırlar”.

 

Fevralın 1-də başlayan təlimlər bu gün başa çatacaq. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.