İran-Türkiyə sərhədində 808 kiloqram heroin ələ keçirildi

Bu, Türkiyə gömrüyündə bu günə kimi aşkarlanmış ən böyük heroin yükü sayılır

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib.

 

Fevral ayının 11-i, axşam saatlarında Şanlı Urfa şəhərində mətbuat nümayəndələri qarşısında çıxış edən nazirin sözlərinə görə, Türkiyənin İranla sərhədində yerləşən “Gürbulaq” sərhəd-keçid məntəqəsində 808 kq heroin ələ keçirilib.

 

Nazir qeyd edib ki, bu, Türkiyə gömrüyündə indiyədək ələ keçirilən ən böyük heroindir.

 

Bundan öncə 2019-cu ilin yanvar ayında, İrandan Türkiyəyə keçirilməsi üçün qranit daşlar içində yerləşdirilən 535 kq heroin Türkiyə gömrükçüləri tərəfindən ələ keçirilmişdir.

 

Gunaz.tv