Xocalı soyqırımının ildönümü ərəfəsində Fransada aksiya keçirilib
Fevralın 21-də Fransanın Ren şəhərində müsavatçı fəallar “Xocalıya Ədalət” aksiyası keçiriblər. Hazırda mühacirətdə olan Sarvan Davudoğlu və Elməddin Nəzirovun təşkil etdiyi aksiyada 29 il öncə erməni cinayətkarların Xocalı şəhərində törətdiyi soyqırımı əks etdirən plakatlar nümayiş olunub və müvafiq bəyanat oxunub.
Sarvan Davudoğlunun “Basta”ya verdiyi məlumata görə, bəyanatın mətni yerli medianın və beynəlxalq təşkilatların nümayəndələrinə göndərilib.
Basta