Azərbaycanda koronavirusa yoluxanların sayı artır

 

Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada iki nəfər COVID-19-dan vəfat edib.