Qarabağda daha bir Azərbaycan hərbçisi həlak olub

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlunun “fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində” həlak olduğunu bildirib.

 

“Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər,” – MN-in açıqlamasında deyilib.

 

MN-in açıqlaqmasından əvvəl bəzi media vasitələrində Azərbaycan Ordusunun hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində mina partlaması nəticəsində həlak olduğu bildirilmişdi.

 

Basta