“Bayrakdar”ın yaradıcısı helikopter qəzasında həlak oldu
Türkiyənin şərqində, 4 Mart Cümə axşamı günü baş verən hərbi helikopterin qəzası nəticəsində Bayraktar döyüş dronlarının yaradılmasının təşkilatçısı olan Türk generalı Osman Erbaş həlak oldu.
Bu barədə Türkiyə Prezidenti Ərdoğanın kürəkəni, Türk dronlarinı istehsal edən şirkətin sahibi Səlcuq Bayraktar Telegram kanalında yazıb. O quru qoşunlarının 8-ci korpusunun komandiri olan generalla dostluğunun on ildən çox davam etdiyini vurğuladı. Onların əməkdaşlığı, pilotsuz təyyarələrin döyüş istifadəsi üçün sınaqların hazırlanmasından ibarət idi.
Bundan əlavə, Türkiyədəki General Erbaş, Azərbaycanın İkinci Qarabağ müharibəsində uğur qazandıran strategiyanın müəlliflərindən biri adlandırılır.
Türkiyə mətbuatının verdiyi məlumata görə, helikopterin qəzasında ümumilikdə 11 nəfər öldü, dörd nəfər yaralandı.
Müsavat başqanı Arif Hacılı hərbçilərin ölümü ilə əlaqədar şəhid olanların ailələrinə və qardaş türk xalqına başsağlığı verib.
Azərbaycanın dövlət başçısı hərbçilərin ölümü ilə əlaqədar Türkiyə başçısına başsağlığı verdi. Xarici İşlər Nazirliyinin və Parlamentin rəhbərləri də türkiyəli həmkarlarına başsağlığı verdilər.