Əhməd Əhmədzadə vəzifəsindən azad edilib – SƏRƏNCAM
Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.