Ermənistan daha iki əsgərinin öldüyünü təsdiqlədi

Cəbhə xəttində davam edən atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları – kiçik serjant Smbat Georgieviç Gabrielyan və kiçik çavuş Grişa Vaanoviç Matevosyan ölümcül yaralanıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan çərşənbə axşamı öz Facebook səhifəsində məlumat verib.

Bundan əvvəl Stepanyan iki zabitin ğlümü haqda məlumatı təsdiqləmişdi. Belliklə, iyulun 12-dən sonra ölümü təsdiqlənən erməni hərbçilərinin sayı 4-ə çatıb. Bu döyüşlərdə Azərbaycan 11 hərbçisini itirib, daha bir nəfər – Tovuz sakini olan mülki şəxs həyətinə mərmi düşməsi səbəbilə həlak olub.

Basta