Hindistanda ekstremal durum: Krematoriyalar koronavirusdan ölənlərin yandırılmasını çatdıra bilmir

Hindistanda koronavirus pandemiyası ekstremal həddə çatıb: bir gündə 300 mindən çox yoluxma qeydə alınıb. Bu, indiyədək dünyanın başqa heç bir olmayan bir göstəricidir. Krematoriyalar koronavirusdan ölənlərin cəsədlərini yandırılmasını çatdıra bilmir.

 

Aprel ayının əvvəlindən etibarən koronavirus infeksiyasının yeni dalğası vüsət alıb. 1,4 milyard əhalisi olan bu ölkədə martın sonunda gündə 70 min nəfərin yoluxması qeydə alınırdısa, aprelin əvvəlində bu rəqəm 100 mini keçib, 22 apreldə isə 314 835 nəfərə çatıb. Bu, pandemiyanın başlandığı gündən bəri dünyada tarixi bir maksimumdur. Ölkədə koronavirusun indiyəcən araşdırılmamış yeni mutasiyaları təsbit edilib.

 

“Guardian” qeyd edir ki, infeksiyanın kəskin artması çox güman ki, bir sıra səbəblərdən qaynaqlanır. İlin əvvəlində yoluxma sayı gündə 10 mindən aşağı düşdükdən sonra, bir çox insanlar arxayınlaşaraq ehtiyat tədbirlərini dayandırıb. Hakimiyyət orqanları isə məhdudiyyətləri yumşaldaraq, kütləvi tədbirlərin, o cümlədən seçkiqabağı mitinqlərin keçirilməsinə icazə verib. Nəticədə infeksiya Hindistan səhiyyə sisteminin öhdəsindən gələ bilmədiyi həddə çatıb. Xəstəxanaların dolduğu, reanimasiya şöbələrində boş çarpayıların qalmadığı, süni ventilyasiya aparatları üçün oksigenin çatışmadığı bildirilir. Aprelin 22-də Hindistanda koronavirusdan ölənlərin sayı rekord həddə – 2023 nəfərə çatıb. Krematoriyaların gecə-gündüz fəaliyyət göstərsə də, onların qarşısında uzun növbələr yaranıb.

 

 

Basta