Yaşa görə pensiyaya çıxanların sayı azalır
Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq.
Modern.az xəbər verir ki, buna səbəb qadınların pensiya yaşının artırılmasıdır.
Qadınların pensiya yaşının artırılması yaşa görə pensiyaya çıxanların sayının azalmasına səbəb olacaq. Bildirək ki, 2019-cu ildə yaşa görə 742 min insan pensiya alırdı. Bunun 466,8 min nəfəri qadınlar idi. 2023-cü ilin əvvəlində yaşa görə pensiya alanların sayı 696 min nəfərə, qadın pensiyaçıların sayı isə 404,5 min nəfərə enib.
Pensiya yaşının artırılmasından sonra qadınlar arasında yaşa görə pensiya alanların sayı bir qədər də azalacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.