Müsavat fəalı təqib olunur
“Mənə və ailə üzvlərimə qarşı çirkin əxlaqsız kompaniya aparılır. Ilk öncə yatağ görüntülərimin yayılacağ ilə təhdid edildim. Indi isə bütün qırmızı xəttləri keçdilər”.
Bunu Müsavat Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev özünün feysbuk səhifəsində yazıb.
Əziz Məmiyev təqiblər nəticəsində ailəsinin dağıldığını, amma onlardan əl çəkilmədiyini bildirib: “İndi isə övladımın anası ilə getdiyi yerlər, parkda gəzintiyə çıxdığı ərazilərdən yaxın məsafədən fotolarını arxadan çəkib mənim əkizim (Oğurladıqları əvvəlki profilim) Əziz Məmiyev profili ilə özümə göndərirlər.
Müsavat fəalı bunu özünə qarşı mənəvi terror adlandıraraq, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə açıq müraciət edib: “Körpə övladımın bağçaya, parka getdiyi ərazilərdə anası ilə fotoları çəkilib atılır mənə. Əxlaqsız yazılar da göz önündə. Bu üsulla məni susdurmaq fikriniz varsa, boş yerə vaxt itirirsiniz. İlham Aliyev, qurduğunuz sistem ölkədə terror əsdirir. Insan hüquqlarına hər gün tüpürülür bu ölkədə. Güc strukturlarından biz müxalifətçiləri sındırmaq üçün istifadə edirsiniz. Xüsusi xidmət orqanları bizləri susdurmaq üçün yatağımızı pusur, ailə üzvlərimiz haqqında qeyri qanuni olaraq əməliyyat axtarış tədbirləri həyata keçirib addım-addım izləyir. Sonra da deyirsiniz ki, heç nədən xəbərim yoxdur, mənə siqnal verin. Bəsdirin daha oyun oynadınız! Çirkli əllərinizi çəkin yaxamızdan. Bu nə ölkədi, insanın sinir sistemi pozulur”.
Basta