Azərbaycandakı erməni məhbuslar öz ailələrinə video mesajlar göndərib

Azərbaycanda həbsdə olan erməni məhbuslar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri vasitəsi öz ailələrinə video mesajlar göndərib.

 

Ermənistan mətbuatında yayılan məlumata görə, komitənin Yerevandakı nümayəndəsi Zara Amatuni, məhkumlarla qohumlar arasında ünsiyyəti təmin etmək üçün belə bir metoddan ilk dəfə istifadə edildiyini bildirib.

 

“Yəni məktublarla yanaşı, bizə başqa vasitələrdən də istifadə etmək fürsəti verildi. Telefon danışıqlarını təşkil edə bildiyimiz hallar da olub. İndi də video mesajlara icazə verilib.  Bu mesajlar məhkumların ailələrinə artıq çatdırılıb” deyə, BQXK-nın nümayəndəsi qeyd edib.

 

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanda Ermənistanın 72 vətəndaşının saxlandığını təsdiqlədiyib.  Ermənistan tərəfi həmin şəxslərin hərbi əsir olduğunu iddia edir.  Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, terrorçu olduğunu bildirir. Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra – 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir”.

 

Basta