Mühacirlər Hollandiyada Rusiyaya qarşı aksiya keçirdilər – Foto/Video

Bu gün bir qrup azərbaycanlı siyasi mühacir Rusiyanın Hollandiyadakı səfirliyi qarşısında aksiya keçiriblər. Aksiyada Rusiyanın Qarabağda, Krımda, Osetiya və Abxaziyada və digər ərazilərdə sepratçı rejimləri dəstəkləməsi və qonşu dövlətlərə qarşı işğalçı siyasətinə etiraz edilib.

 

Aksiyaya ukraynalı mühacirlər də qatılıb. Tədbirdə Azərbaycanın və Ukrayna bayraqları qaldırılıb.

 

Milli hökumət dövründə Qəbələ rayonunun icra başçısı olmuş müsavatçı Eldəniz Yusubovun aparıcı olduğu aksiyada 80-ci illərdə Çexoslovakiyada qaldırılmış  “İvan idi domoy” şüarı səsləndirlib.

 

“Ruslara Avropanı dar etməyin zamanı çoxdan çatıb… Vətənimizdə nə rus qoşunu, nə sülhməramlısının olması ilə barışmayacaq, hər müstəvidə ölkəmizin suverenliyi naminə mübarizə aparacayıq” – deyə, müsavatçı mühacir Elman Hacıloğlu aksiya barədə paylaşımında bildirib.

 

Aksiya mühacir Sabir Budaqovun feysbuk hesabından canlı olaraq yayımlanıb.

 

.

Niderland Krallıgındakı Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının

 

QƏTNAMƏSI

 

44 günlük müharibənin nəticəsi olaraq 10 noyabr 2020 ci il bəyanatına uygun olaraq Azərbaycan Respublikasının Daglıq Qarabag ərazisinə atəşkəsə riayət edilmesi üçün Rusiya sülhməramlılarından ibarət hərbi qüvvələr yerləşdirilmishdir. Təssufler olsun ki, ilk günlərdən etibarən Rusiya sülhməramlıları Yuxarı Qarabağ ərazisində beynəlxalq hüquqa və mövcud razılaşmaya zidd olaraq fealiyyətə başlayaraq erməni silahlı qüvvələrinin Qarabağ ərazisində qalmasınıa göz yummasi, bu qeyri – qanuni terrorçu hərbi qüvvələr tərəfindən Qarabağda hərbi təcavüz xarakterli hazırlıqlara imkan verilməsi, qeyri qanuni olaraq və birtərəfli qaydada Azərbaycan ərazisinin Rusiya sülhməramlılarının “məsuliyyət zonası” elan edilməsi, Azerbaycan Respublikasının suveren hüquqlarına məhəl qoymayaraq 9 mayda Xankəndində təhrikçi parad hazırlıqları, Kremlin təcavüzkar, imperialist niyyətlərinin təzahürü və Azərbaycana qarşı təzyiq kimi qiymətləndiririk və bunu qətiyyətlə rədd edirik ve bunun yolverilməz oldugunu bəyan edirik.
Biz aksiya iştirakçıları olaraq tələb edirik.

 

1.Qarabag ərazisində fəaliyyət göstərən Rusiya sülhməramlıları mandatına və beynəlxalq hüquqa, mövcud razılaşmaya şərtsiz riayət etməli, əks təqdirdə Azərbaycan ərazisini tərk etməli;

 

2.Rusiya hərbçilərinin mayın 9-na planlaşdırdıqları hərbi keçid tədbirini və onun hərbi şəhərcikdən kənar, məhz Xankəndində keçirməsi Azərbaycanın suverenliyinə qəsddir ve bu tədbirin Xankəndində keçirilməsi ləgv edilmeli.

 

3.Rusiya rəsmilərinindən 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə zidd olaraq Şuşaya “İsgəndər M” raketlərinin atılmasına aydınlıq gətirməsini və bu məsələdə iştirakı olanların cəzalandırımasını tələb edirik.

 

4.Biz Azərbaycan dövlətinin ərazi bütovlüyünün, bölgədə,reqionda sülhün və barışın tərəfdarları oldugumuzu bəyan etməklə yanaşı bu məsləni daima diqqətdə saxlayacagımızı bəyan edirik.

 

05-05-2021, Den Haaq

.
Возможно, это изображение (Eldaniz Yusibov, стоит и на открытом воздухе)
.
Возможно, это изображение (3 человека, в том числе Rashad Sadigov, люди стоят и на открытом воздухе)
.
Возможно, это изображение (один или несколько человек, люди стоят, на открытом воздухе и дерево)
.
Возможно, это изображение (3 человека и люди стоят)
.
Возможно, это изображение (2 человека, люди стоят и на открытом воздухе)
.
Basta