Müsavat hakimiyyətin Respublika Günü ilə bağlı davranışını pisləyir
Mayın 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Respublika Günündə müsavatçılar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin, eləcə də mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət olunması təqdir edilib.
İlham Əliyevin Respublika Günündə Azərbaycan xalqını təbrik etməməsi, ölkədə dövlət səviyyəsində bayram tədbirlərinin keçirilməməsi, dövlət bayraqlarının asılmaması pislənilib.
Müzakirələrdə qeyd olunub ki, hakimiyyət bu il Müstəqilliyin 30-cu ildönümü ilə bağlı da hər hansı dövlət tədbirləri planlaşdırmayıb. Müsavat Divanı bütün bunları Əliyev Hakimiyyətinin Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixinə qısqanc münasibətinin göstəricisi kimi qiymətləndirərək, qətiyyətlə pisləyib.
İclasda Azərbaycan-Ermənistan sərhədində durumla bağlı fikir mübadiləsi aparılıb.
Rayon təşkilatlarında fəaliyyətin gücləndirilməsi ilə bağlı kuratorlara tapşırıqlar verilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta