Azərbaycan əsilli cütlük Britaniyaya milyonlarla “çirkli pullar gətirməkdə” təqsirləndirilir

Britaniyaya milyonlarla “çirkli pul” pul gətirməkdə təqsirləndirilən Azərbaycan əsilli London cütlüyünün adları ən azı daha bir həftə ərzində məxfi saxlanılacaq, Ali Məhkəmənin çıxardığı son hökm barədə yazan Evening Standard qəzeti bildirir.

 

Britaniya qəzeti artıq iki ilə yaxındır ki, Londonda “çox milyonluq” mülkə sahib olduğu deyilən cütlüyün işi üzərindən məxfilik qrifinin qaldırılması uğrunda mübarizə aparır.

 

Sənədlərdə adları X və Y kimi göstərilən cütlük müxtəlif şirkətlər vasitəsiylə Britaniyaya qanunsuz yolla təxminən 14 milyon funt-sterlinq gətirməkdə (33,6 mln AZN) ittiham olunur.

 

Məhkəmə sənədlərində cütlüyün hesabına pul köçürməkdə iştirak etdiyi deyilən bir neçə şirkətin “Azərbaycan landromatı” kimi tanınan sxemin tərkibi olduğu göstərilir.

 

Cütlük pullarının korrupsiya mənşəli olduğu barədə ittihamları rədd edir, Evening Standard qəzeti xəbər verir.

BBC