Sarkisyan Rusiyadan illərlə pulsuz silah aldıqlarını etiraf etdi

Ermənistanın sabiq prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan Masis rayonunda öz tərəfdarları ilə keçirdiyi görüşdə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı sərt tənqid edib. O, Azərbaycanın Qaragölü tutduğunu, yeni hərbi əsirlər aldığını Paşinyan hakimiyyətinin isə buna qarşı heç bir müqavimət göstərə bilmədiyini deyib, – Panorama.am məlumat verir.

 

“Ordumuz məğlubiyyətə uğradıldı, darmadağın edildi. Ordumuz özü məğlub olmadı, bu vəziyyətə gətirib çıxardılar. Əgər (Paşinyan) insan kimi davransaydı, özünü bir müttəfiqə yaraşan tərzdə aparsaydı, Rusiya hərbi-texniki yardım göstərməyə davam edəcəkdi. Bizim hakimiyyətimiz dövründə olduğu kimi, bir qəpiksiz çox sayda silah verəcəkdi” – deyə, Sarkisyan Ermənistanın Rusiyadan pulsuz silah aldığını etiraf edib.

 

Basta