Bayden: “Birləşmiş Ştatlar Rusiyaya qarşı Avropa müttəfiqləri ilə bir olacaq”

Rusiya mediası ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyunun 20-nə planlaşdırdığı görüşü “iki fövqəl dövlətin zirvə görüşü” kimi qələmə versə də, Vaşinqtonda bu məsələyə yanaşmalar fərqlidir.

 

Ağ Ev açıqlayıb ki, Baydenin Avropaya turnesi tədbirlər və görüşlərlə zəngin olacaq. Bayden iyunun 10-da Londonda Böyük Britaniyanın baş naziri  Boris Constonla, iyunun 16-da isə Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla da görüşəcək.  Başqa sözlə, Putin Baydenlə görüşən üç liderdən biri olacaq.

 

Birləşmiş Ştatlar Rusiyaya qarşı Avropa müttəfiqləri ilə bir olacaq.  “Amerikanın səsi” məlumat verir ki,  Bunu Prezident Co Bayden Vladimir Putinin administrasiyası ilə üz-üzə ilk görüşü ərəfəsində söyləyib.

 

Bayden çərşənbə günü Avropaya üz tutacaq və orada həm G-7 həm də NATO sammitlərində iştirak edəcək, habelə iyunun 16-da Cenevrədə Rusiya lideri ilə yüksək səviyyəli görüş keçirəcək.

 

Sammit iki ölkə arasındakı münasibətlərdə son illərin ən böyük böhranının baş verdiyi zamana təsadüf edib. Bu böhrana xakerlik ittihamları, insan haqları və seçkiyə müdaxilə iddiaları daxil olmaqla bir sıra məsələlər üzərində gərginliklər daxildir.

 

Şənbə günü The Washington Post-da yazılan köşə yazısında ABŞ Prezidenti Co Bayden çox sayda böhranlar və Moskva və Pekindən artan təhdidlər fonunda Vaşinqtonun “demokratik ittifaqlarını” gücləndirməyi vəd edib.

 

“Biz Rusiyanın, Ukraynaya təcavüzündən başlayaraq Avropanın təhlükəsizliyinə yaratdığı təhdidləri həll etmək üçün birləşirik, və Birləşmiş Ştatların demokratik dəyərlərimizi müdafiə etmək qətiyyətinə şübhə edilməməlidir, çünki biz onları maraqlarımızdan ayıra bilmərik,” o yazıb.

 

“Prezident Putin bilir ki, mən gələcək zərərli fəaliyyətlərə cavab verməyə tərəddüd etməyəcəm. Biz yenidən görüşəndə mən bir daha Birləşmiş Ştatların, Avropanın və bizimlə həmfikir olan demokratiyaların insan haqları və ləyaqəti müdafiə etmək öhdəliyimizi vurğulayacam.”

 

Bayden yanvar ayında vəzifəsinin icrasına başlayandan bəri Kremlə təzyiqi artırıb və onun Putini “qatil” adlandırması Moskvada şiddətli tənqidlə qarşılanıb. Lakin hər iki lider münasibətlərin yaxşılaşacağına ümid bəslədiklərini bildiriblər və Rusiya prezidenti cümə günü deyib ki, o, danışıqlardan “müsbət” nəticə gözləyir.

 

Bayden həftə sonu yazdığı köşə yazısında vurğulayıb ki, Vaşinqton “münaqişə istəmir” və bu yaxınlarda silahların azaldılmasına yönəlmiş Yeni START razılaşmasının uzadılmasını misal göstərərək gərginliyi azaltmaq istədiyini bildirib.

 

Biz sabit və gözlənilən münasibət istəyirik ki, bu münasibət çərçivəsində strateji sabitlik və silahlala nəzarət kimi məsələlər üzərində işləyə bilək,” o yazıb.