Hava sərin olacaq, yağış yağacaq

İyulun 28-də Bakıda və Abşeronda qısamüddətli yağış və güclü şimal-qərb küləyi gözlənilir. Havanın temperaturu gündüz 24-26 dərəcəyə qədər isinəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

 

Ölkənin regionlarında da şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, güclü qərb küləyi əsəcəyi gözlənilir.

 

Aran rayonlarında 34 dərəcəyə qədər, dağlarda 18 dərəcə isti olacaq.