Müsavat izahat tələb edir

Avqustun 9-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, İclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib.

 

Son dövrdə Azərbaycan-Ermənistan sərhəddində yaranan gərginlik müzakirə olunub. Qazax rayonunun işğal altında olan Əskipara kəndinə Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsi haqqında məlumatlardan narahatlıq ifadə edilib.  Ermənistanın Müdafiə Nazirliyi bu hadisənin “Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində” baş verdiyini açıqlayıb. Azərbaycanın rəsmi qurumlar isə bununla bağlı hər hansı bir açıqlama verməyib.

 

Müsavat Partiyası Azərbaycan hakimiyyətdən Qazax rayonunun işğal altında olan ərazilərinə Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsi ilə bağlı xalqa izahat  verilməsini tələb edir.

 

İclasda təşilati məsələlər müzakirə olunub, rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

 

Sonda cari məsələlər müzakirə olunub.