Taliban Əfqanıstan paytaxtına girdi
Əfqanıstanda hakimiyyət talibançıların tam əlinə keçməsi ərəfəsindədir.
Talibançılar ölkənin əksər hissəsini ələ keçirdikdən sonra paytaxtın kənarlarına gəlib çıxıblar.Daxili işlər naziri deyib ki, hakimiyyətin “sülh yolu ilə transferini təmin etmək üçün” danışıqlar aparılıb.
Prezident Qani ölkəni tərk edib
Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib, Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla bildirib.
Bu, Talibanın paytaxt Kabilin kənarlarına gəlib çıxması xəbərləri fonunda baş verib.Bundan əvvəl bir neçə nazirlik başçısı, o cümlədən müdafiə naziri də ölkəni tərk ediblər. Həmçinin vitse-prezident Əmrulla Salehin də qaçdığı bildirilir.Təsdiqlənməmiş məlumatlara görə, Əşrəf Qani Tacikistana gəlib.
Əfqanıstanın əsas şəhərləri son 10 gün ərzində Talibanın əlinə keçdikcə, cənab Qaniyə istefa verməsilə bağlı təzyiqlər artmaqda idi.
Kabildə təlaş
Son həftələrdə ölkənin digər rayonlarındakı şiddətdən qaçan minlərlə əfqan paytaxt Kabilə sığınıb.Bazar günü insanların təlaş içində banklardan pul çıxarmağa və ölkəni tərk etmək üçün səyahət sənədlərini hazırlamağa çalışması səhnələri ilə yadda qalıb. Qərb ölkələri də vətəndaşlarını evakuasiya etməyə çalışır.
ABŞ Kabildəki səfirlik binasından aerporta əməkdaşlarını daşımaq üçün hərbi helokpterləri göndərib.Bu arada,Taliban sözçüsü BBC-yə bildirib ki, əfqanlara qarşı “heç bir qisasçılıq” olmayacaq.
Paytaxt “mühasirəyə alınıb”
Taliban Kabilin “mühasirəyə alındığını” bəyan edib.
Taliban, döyüşçülərinin şəhərə girməsi xəbərindən sonra ilk açıqlamasında “Kabilin mühasirəyə alındığını” bəyan edib.
Taliban döyüşçüləri Əfqanıstanın paytaxtına bu gün səhərdən daxil olmağa başlayıb, ölkənin qalan böyük şəhərlərini isə cəmi son 10 gün ərzində ələ keçiriblər.
Taliban rəsmisi döyüşçülərə bayram atəşi açmasına icazə verilməyəcəyini söyləyib.
O əlavə edib ki, Əfqanıstan qüvvələrinin üzvlərinə evlərinə qayıtmağa icazə veriləcək.
Rəsmi eləcə də hava limanının və xəstəxanaların fəaliyyətinin davam etdirməsinə icazə veriləcəyini və təcili təchizatların bağlanmayacağını bildirib.
Xaricilərə istədikləri təqdirdə ölkəni tərk edə biləcəkləri və ya Taliban administrasiyasında qeydiyyatdan keçib qala biləcəkləri deyilib.
ABŞ öz səfirliyinin işçilərinin evakuasiyasını sürətləndirib və bu işə 5000 əsgər kömək edir.
Taliban hərəkatının silahlıları Kabil istiqamətində hücuma bu gün səhərdən başlayıblar.
Əfqanıstanın paytaxt şəhəri hökumət qüvvələrinin nəzarət etdiyi son böyük yaşayış məntəqəsi idi.Əfqanıstanın Daxili İşlər Nazirliyi taliblərin Kabilə bütün istiqamətlərdən daxil olduğunu bildirir.
Taliban Kabilə daxil olduğu vaxt sakinlərin bir qismi avtomobillərdə paytaxtı tərk etməyə çalışırlar, yollarda tıxaclar yaranıb.
Bəzi insanlar avtomobillərini yolda qoyub aeroporta doğru piyada hərəkət edirlər.
Şahidlərin sözlərinə görə, irəliləyən Taliban döyüşçülərinə göstərilən müqavimət cüzidir.
Taliban öz döyüşçülərinə zorakılıqdan çəkinməyi və ölkəni tərk etmək istəyən hər kəsə təhlükəsiz hərəkəti təmin etməyi göstəriş verir.
ABŞ Kabildə yerləşən səfirliyindən işçilərin evakuasiyasına başlayır.
Britaniya öz vətəndaşlarının və digər şəxslərin Əfqanıstandan çıxışına kömək etmək üçün ölkədə 600-ə yaxın hərbi qulluqçusunu yerləşdirir.
BBC