İranın iş elanları saytında Qarabağ Ermənistan bölgəsi kimi qələmə verilib
İranın “jooiakar” iş elanları saytı Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərinə işçi qəbulu ilə bağlı elan yerləşdirib.
Elanda Qarabağ Ermənistan bölgəsi kimi qələmə verilib.
“Ermənistanın Qarabağ bölgəsində aparılan tikinti işləri üçün bir neçə bacarıqlı və yarıpeşəkar armaturbərkidici usta tələb olunur.
Bütün xərclər şirkət tərəfindən qarşılanır. İşçilər əlverişli əmək haqqı və müavinətlərlə təmin edilir. Bütün sanitariya-gigiyena qaydalarına əməl edilir”-deyə, elanda yazılıb.
Ünvan: Mazandaran əyaləti, Tonekabon şəhəri, Tonekabon məhəlləsi. Telefon: 09113969513 / Elanın kodu: 1759372
Günaz TV