Yaşar üçün rekviyem
Könül Alı
Yaşar Türkazər bəy əfəndinin əziz xatirəsinə, sayqılarla
.
Belə biri ilə öncələr heç rastlaşmamışdım.
Bəylərlə hamı kimi əl tutaraq salamlaşan Yaşar bəy xanımların qarşısında həfif və kübarca təzim edər, görüşmək üçün uzanan əli öpər kimi çənəsinə yaxınlaşdırar, alnına qoyardı…
“Salam” deməzdi. Özünə görə səbəbləri, dinləsən uzun-uzadı, məntiqli və özünəməxsus izahları vardı.
Günün hansı saatında görüşsə “Gün aydın”, deyərdi Yaşar bəy. Günaydın” deyil, “Gün”-“Aydın”. Fərqini soruşsan bunun da izahını verəcəkdi…
Ürəyi dolu idi
Türkçü olduğu nəfəsindən bəlli idi. Yerişi, duruşu Türkçülük qoxuyurdu.
Qadın hüquqları müdafiəçisi idi
Gender mövzusunda danışmağı sevirdi. Bir Tahirə Qürrətül – Eyn araşdırmaçısı idi. Ona vurğun olduğunu deyirdi. Onun barəsində mənim də araşdırmam olduğunu biləndən sonra hər rastlaşanda Tahirədən danışırdı.
Qadına şiddəti pisləyən çıxışlar edirdi
Öz xanımına heç vaxt şiddət göstərmədiyini nümunə göstərər, qadına şiddətin adilik olduğunu vurğulayardı. Məişət zorakılığı mövzularının müzakirəsində emossiyalarını gizlətməzdi.
Hər görüşəndə yazısını oxumağım üçün yollayacağını deyir, yollamırdı.
Səhhəti imkan vermirdi
Ya da unudurdu…
Soruşan olsa xatirimdə bir Yaşar Türkazər boşluğu qaldı’ deyərəm.
Elə insanlar var ki heç danışmaz, ya da az danışar. Düşünərsən ki, deməyə sözü yoxdur, yaxud deyib qurtarıb.
Yaşar bəydə əksi idi
Mütaliəli olması istənilən mövzuyla bağlı fikir mübadiləsi etmək imkanı verirdi. Bu üzdən danışmaqdan doymurdu.
Çatdırmaq istədiyi fikirləri dinləmək üçün ömür vəfa etmədi…
Demək istədiyi hər şeyi deyə bilmədi.
Bayraqdar Yaşar Türkazər bəy əfəndinin günümüzə özəl o qədər sözü-söhbəti vardı ki, Milli Hərəkatın Bayraqdarı olduğunu dilinə gətirmir, milli mücadilədə önəmini qabartmağa çalışmırdı.
Təvazökar idi
Təkcə bu cümləni tez-tez vurğulayırdı. “Gözümü meydanda, bayrağımızın yolunda qoydum, geri çəkilmədim”. Manifestini oxusanız, həyatının anlamının mücadilə olduğunu anlamaq çətin olmaz. Sadə və şirin dillə izah edib.
…bəzən fədailər axtaranda çox düşünürük. O, sözün əsl anlamında fədai idi.
Vətən fədaisi
Yoxsulluq, xəstəlik kimi insanın ağlına gələn məhrumiyyətlərə ölkəmizdə bir gün mütləq demokratik cəmiyyət qurulacağı arzusu ilə qatlanırdı.
Özümü onu daha az tanıyanlardan hesab edirəm. Nə mutlu iliyinə bələd olanlara…
Yaşar bəy əfəndi
Bu günlük qonaqsan ailənə, inandığın tək
dünyana. “Varsa da budur, yoxsa da bu”, deyirdin.
İnandığın rahatlığına vəsilə olsun.
Tanrı səninlədir
Tengri Biz Menen
.
Basta