Paşinyan Azərbaycanın tələbini qəbul etdi

“Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib”.

 

Modern.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan bu tələbi qəbul edib.

 

“Tələb yerinə yetirilib və baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib”, – deyə Danielyan bildirib.

 

Qeyd olunub ki, Paşinyan çıxışında işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə səsləndirib.