“Maşa və Ayı”nın Azərbaycan buraxılışı silindi

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi Youtube səhifələrindən silinib.  

 

Avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

 

Qeyd edək ki, cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi.

 

https://ok.ru/video/2765946948202

 

 

 

 

Abzas.net