Arif Hacılı: “Bəlalarımızın kökü buradadır…”
Qarabağ mitinqində iştirak edənlərin kütləvi həbsləri fonunda “Biz birlikdə güclüyük” şüarı da sarkazm kimi səslənir. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Arif Hacılı qeyd edibli, bütün dünyada soydaşlarımız ərazi bütövlüyümüz, milli hüquqlarımız naminə ayağa qalxıb: “ABŞ dan, Kanadadan tutmuş bütün Avropa ölkələrinə qədər hər yerdə Qarabağ mitinqləri keçirilir. Haqq səsimiz dünyaya duydurulur, şəhidlərimiz anılır. Həmvətənlərimiz orada da erməni vəhşilikləri ilə üzləşir. Amma etirazlar davam edir. Davam edəcək. Çünki, hər kəs bu ölkələrdəki qanunun aliliyinə, ədalətə etimadla yanaşır. Dünyanın 50-dək şəhərində icazəli, icazəsiz, təxribatlı, təxribatsız Qarabağ mitinqləri keçirilib. Qarabağ mitinqlərinin keçirildiyi heç bir şəhərdə, heç bir soydaşımız həbs olunmayıb, işgəncəyə məruz qalmayıb. Dünyanın ən böyük Azərbaycan şəhərləri olan Bakıdan, Təbrizdən və 6 milyon soydaşımızın yaşadığı Tehrandan başqa.”
“Bəlalarımızın kökü buradadır. Yüz il əvvəl böyük mütəfəkkir İsmayıl Qaspralının dediyi kimi “Dildə, fikirdə, əməldə birliyimiz” yoxdur. Qarabağ mitinqində iştirak edənlərin kütləvi həbsləri fonunda “Biz birlikdə güclüyük” şüarı da sarkazm kimi səslənir” – deyə Müsavat başqanı vurğulayıb.
Basta