Başqırdıstanda kütləvi etirazlar

Başqırdıstanda ictimai fəal Fail Alsınovun hökmündən sonra etiraz aksiyaları bir neçə saat davam edib. İstintaq Komitəsi kütləvi iğtişaşlar və polis əməkdaşlarına qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı iş açıb.

Başqırdıstan Respublikasının Baymak şəhərində etiraz aksiyası keçirilib. Fəal Fail Alsınovun hökm oxunduğu məhkəmə binası qar.;s;nda etirazlar bir neçə saat davam edib. O, etnik ədavətin qızışdırılmasında təqsirli bilinərək, ümumi rejimli koloniyada 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm elan olunmamışdan əvvəl Alsınovun tərəfdarları məhkəmənin qarşısına toplaşmağa başlayıb. Məhkəmə qərarından sonra etirazlar davam edib. Aksiyada beş minədək insan iştirak edib.

Başqırdıstanın hüquq-mühafizə orqanları Baymakdakı kütləvi etiraz aksiyalarının iştirakçılarına qarşı cinayət işi açıblar, deyə Daxili İşlər Nazirliyinin region üzrə ictimai şurasının sədri Rəfail Divayev bildirib.

Etirazlar çevik polislə toqquşmalara çevrilib və saatlarla davam edir.  Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçının saxlanıldığı bildirilir.

Həbs olunan Fail Alsınov milli qəhrəmana çevrilib. O, 2020-ci ilə qədər həm də Başqırdıstanın suverenliyini müdafiə edən və başqırd dilini və mədəniyyətini dəstəkləyən Başqırdıstan təşkilatının həmsədri olub. Sonradan Rusiya hökuməti həmin təşkilatın fəaliyyətini qadağan edib. 

 

Basta