Türkiyə İran yük maşınları üçün sərhədi bağladı

Türkiyə İran Yük maşınları üçün bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb. Bu barədə oktyabrın 7-də RİA Novosti agentliyi İranla ticarətin inkişafı Assosiasiyasının rəhbəri Özcan Alaşa istinadən məlumat verib.

 

Onun sözlərinə görə, bu qərar Türkiyə yük avtomobillərin  İrana daxil olmaq üçün  qadağa qoyulmasına cavab olaraq  qəbul edilib.

 

“İran və Türkiyə arasında ticarət dövriyyəsi İran-Azərbaycan sərhədində gərgin vəziyyət üzündən tamamilə dayandırılıb”, – deyə agentliyin həmsöhbəti dəqiqləşdirib.

 

İran Xankəndindəki separatçı rejimi yanacaq və digər mallarla təchiz edir. Azərbaycanın bunun qarşısını almaq cəhdi Tehranın təhdidlərinə səbəb olub.