Erməni siyasətçi danışıqların detallarını açıqladı: “Paşinyan qol çəkməyəcək”
Nikol Paşinyanın parlamentdənkənar qüvvələrlə növbəti görüşü oktyabrın 30-da baş tutub. Bu görüşlərdə iştirak edən Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyandan danışıqların bəzi detallarını açıqlayıb.
“Hraparak” qəzetinə müsahibəsində erməni siyasətçi bildirib ki, siyasi partiyaların nümayəndələri həmin görüşdə Nikol Paşinyana bir sıra suallar ünvanlayıb. Bu suallardan biri noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan dövlət başçıları arasında saziş imzalanacağı barədə məlamutlarla əlaqədar olub.
“Mən Avropa Partiyasının təmsilçisi kimi öz yanaşmalarımızı təqdim etdim və bizim baxışımıza uyğun olaraq ölkəni bugünkü çətin vəziyyətdən çıxara biləcək addımlar atmağa çağırdım. Bütün iştirakçılar bu barədə danışdılar. Deyə bilərəm ki, Ermənistan hakimiyyəti heç bir fəlakətli, faciəvi sənədə imza atmayacaq” – deyə erməni siyasətçi bildirib.
Tiqran Xzmlyan deyib ki, noyabrın 9-da Azərbaycanla Ermənistan arasında saziş imzalanacağı barədə məlumatı Rusiya ortaya atıb: “Onların məqsədi vəziyyəti Rusiya-Türkiyə alyansının xeyrinə dəyişməkdir. Hamı anlamalıdır ki, bizim regionda Aİ, ABŞ, İran, Hindistan kimi başqa qüvvələrin də maraqları var və biz onlardan Ermənistanın xeyrinə istifadə etməliyik”.
Qəzet yazır ki, görüşdə “Artsaxın (Qarabağ) statusu məsələsinin beynəlmiləlləşdirilməsi” təklif olunub. Tiqran Xzmalyanın fikrincə, Sünik məsələsi beynəlmiləlləşdi və bunun nəticəsində “erməni tərəfi Sünikin toxunulmazlığına dair beynəlxalq təminat aldı”. Tiqran Xzmalyan deyib ki, eyni yanaşma Artsax məsələsində də göstəriləcək, çünki “Rusiya sülhməramlıları əbədi deyil və bizim vəzifəmiz bu boşluğu əvvəlcə beynəlxalq sülhməramlılarla doldurmaqdır, sonra biz bu problemi öz gücümüzlə həll edə biləcəyik .”
– Cənab Xzmalyan, Paşinyanın Ermənistanın maraqlarına fəlakətli zərər vuran heç nəyə imza atmayacağını söyləyərkən, onun dediyini deyirsiniz, yoxsa bu, sizin fərziyyənizdir?
– Onun təqdim etdiyi detalları bildiyim üçün deyirəm.
– Məlumat sızmasının Rusiya mətbuatından gəldiyini deyirsiniz. O, Rusiyadan idi, yoxsa Nikol Paşinyanın keçmiş müşavirinin redaktoru olduğu mediadan?
– Əlbəttə ki, “Alik-Media” bunu təkbaşına düşünməyib. Məlumatı Ermənistan yaydı, lakin ilk qeydlər və ilk sızıntılar RİA Novosti-də oldu. Və ruslar bu qədər arxayın olsaydılar, bunu təşkil etməzdilər. Bu sızma onlara ilk növbədə tələsdirmək, cəhd etmək, yoxlamaq üçün lazımdır. Bəs ruslar nəyi yoxlamağa çalışdılar? Bir ildən artıq müddət ərzində edə bilmədiklərini etməyə çalışırlar. Onların məqsədlər Ermənistanın nəzarətində qalan Süniki nəzarətə götürməkdir. Artsax ermənilərin məskunlaşdığı yer olaraq qalır, sadəcə çox çətin vəziyyətdədir, lakin biz 90-cı illərdə belə bir vəziyyətdə idik, o zaman biz Artsaxın üçdə ikisini itirdik. Lakin beynəlxalq vəziyyət dəyişir.
– Noyabrın 9-da hansı sənədin imzalanması planlaşdırılır?
– 9 noyabr simvolik bir şeydir, bunda qeyri-adi heç nə yoxdur. Ruslar simvolları sevirlər. Bir daha təkrar edirəm, Ermənistan ciddi güzəştə getməyəcək. Sizi əmin edə bilərəm. Sünik, Meğri dəhlizini nəzərdə tutan heç bir sənəd yoxdur. Artsaxa gəlincə, biz tezliklə müsbət dəyişikliklərin şahidi olacağıq və bu, dediyim kimi, məsələnin beynəlmiləlləşməsidir.
– Siz deyirsiniz ki, fəlakət olmayacaq, amma müxtəlif politoloqların fikrincə, bu, may sənədidirsə, o zaman, məsələn, Noyemberyanla bağlı çox pis vəziyyətə düşəcəyik. Politoloqlardan biri dedi ki, biz ərazi mübadiləsi və ya anklavların təslim olması nəticəsində sadəcə olaraq “konserva qutusuna” çevriləcəyik. Ümumiyyətlə, bizi çox ağrılı şeylərin gözlədiyini heç kim gizlətmir. Amma siz çox optimistsiniz.
– Mən optimist deyiləm, sadəcə ən vacib şeyi xatırlamağımızı istəyirəm. Biz indi vaxt udmaqda maraqlıyıq, çünki Rusiya, Türkiyə və Azərbaycanın beynəlxalq təcrid vəziyyətində olduğunu desəm, sirr açmayacağam. Demək olar ki, kimsə bunu inkar etməyəcək. Əgər belədirsə, o zaman Ermənistan beynəlxalq təzyiqdən əvvəl sadəcə vaxt qazanmalıdır… Söhbət Haaqa Məhkəməsinin qərarlarından, Ukraynada son saatlarda yaşanan gərgin vəziyyətdən, Türkiyədəki diplomatik çətinliklərdən gedir. Bütün bunlar vəziyyətin dəyişdiyini göstərir. Vaxt qazanmaq üçün danışıqlar aparılmalıdır və onlar kifayət qədər uzun çəkə bilər. Heç bir müqavilənin olmaması problem deyil. Xatırladım ki, İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın Sovet İttifaqı ilə, indi isə Rusiya ilə sülh müqaviləsi yoxdur. Buna görə dünya dağılmadı.
Basta