Məhkəmə Müsavat fəalına qarşı qərarı qüvvədə saxladı
Bu gün, iyulun 28-də Şəki Apellyasiya Məhkəməsində Müsavatın Zardab rayon təşkilatının sədri Ceyhun Məmmədlinin şikayətinə baxılıb. Müsavat funksionerinin verdiyi məlumata görə, hakim Rafael Əiyevin sədriyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Ceyhun Məmmədli iyunun 29-da Zərdab Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.
O, İnzibati Xətalar Məcəlləsinin 535-1-ci maddəsini (polisə müqavimət göstərmək) pozmaqda təqsirli bilinərək barəsində bu qərar çıxarılıb. İttihamın əsl səbəbi onun sosial şəbəkədəki tənqidi yazılarıdır.
Azərbaycanın hakimiyyət təmsilçiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, siyasi baxışlarına görə təqibə məruz qalmadığını bildirir. Bununla yanaşı, yerli hüquq müdaqfiəçiələri yüzdən çox insanı siyasi məhbus kimi tanıyır.
Basta