Müsavat başqanı: “Bu abidə götürülməlidir”

Müsavat başqanı Arif Hacılı Rus ordusunun Xocalıda ucaıtdığı abidəni Azərbaycan xalqına qarşı təhqir və təhdid kimi qiymətləndirib:  “Bu heykəlin bir mənası var. Rus əskəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir.

 

“Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla azı 613 nəfər dinc sakinin qətlə yetirilməsində 366-cı motoatıcı diviziyası ilə birbaşa iştirak edən rus ordusunun Qarabağa, həmçinin Xocalıya “sülhməramlı” adı ilə dəvət edilməsinin başqa nəticəsi də ola bilməzdi” – deyə, Müsavat başqanı özünün feysbuk səhifəsində yazıb.

 

“Ordumuza və xalqımıza qarşı təhqir olan bu abidə dərhal götürülməli, yol verilən əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir” – deyə, Arif Hacılı vurğulayıb.