“Yelo bank” öz müştərilərini şantaj edir
“Yelo bank” (“Nikoyl”) öz müştərilərini şantaj edir.
Məsələn, bir kreditor deyir ki, borcu ödəyə bilmirəm, verin məhkəməyə ki faizlərin artması dayansın. Onlarsa deyir ki, “Korrupsiya İdarəsinə verəcəyik”. Maraqlı bir çəkişmə gözlənilir.
“Nikoyl bank” mənfi imicdən qurtulmaq üçün adını dəyişib “Yelo” qoysa da, xisləti dəyişməyib. Onunla əməkdaşlıq edən bir çox insanın sonu ya türmə, ya da bankrot olur. Öz müştərilərini evində və iş yerində təhdid edirlər. İllər keçsə də, ad dəyişsə də, vəziyyət dəyişmir. Feyruzun zad elədiyi bulaq haqqında lətifə var ha, eynən o vəziyyətdədirlər. Maraqlı olacaq.
P.S. Bu yazını yazdıqdan sonra xəbər etdilər ki, bank öz adını hətta 3 dəfə dəyişib. Lap əvvəlki adı “Ülpər” olub.
Mustafa Hacıbəyli