318 nəfər yoluxub, 7 nəfər vəfat edib
Azərbaycanda daha 318 nəfərin Covid-19 infeksiyasına yoluxması aşkarlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Qurumun məlumatına görə, 714 nəfər sağalıb, 7 nəfər vəfat edib.
Bununla da, indiyədək bu virusa yoluxanların ümumi sayı 31 878-ə çatıb, onlardan 25 882 nəfər sağalıb, 448 nəfər ölüb.
Hazırda aktiv xəstə sayı 5548 nəfərdir.
İndiyədək Azərbaycanda 724953 test keçirilib. Bugünkü test sayı isə 7789-dur.