Müsavat başqanı: “İlham Əliyev Azərbaycanın Rusiyanın yanında olduğu anlamına gələ biləcək hər hansı sənədə imza atmamalıdır”

Türkiyə Cümhuriyyəti hökümətinin İkinci dünya müharibəsi dövründə apardığı müdrik siyasət bu böyük, fəlakətli müharibədən Türkiyəni, Türk xalqını qorudu.
Türkiyə Cümhuriyyəti dünya müharibəsindən demək olar ki, itkisiz çıxdı…

 

 

İndi Avroasiya məkanında xeyli balaca miqyasda olsa da oxşar vəziyyət yaranıb.
Yalnız düzgün, hesablanmış, məsuliyyətli siyasət Azərbaycanı bu qovğadan itkisiz çıxara bilər.

 

Azərbaycan hakimiyyəti bu günlərdə qəbul olunan qərarların tarixi əhəmiyyətini dərk etməli, hər hansı səhvin böyük fəsadlara yol aça biləcəyini nəzərə almalıdır.

 

Bu gün narahatlıq yaradan əsas məsələrdən biri indiki böhran şəraitində İlham Əliyevin Moskvaya dəvət olunması və orada bəzi saziş sənədlərinin imzalanması barədə yayılan məlumatlardır.

 

Məncə İlham Əliyev hansısa şəkildə yolunu tapıb indi Moskvaya getməməli, Rusiya-Ukrayna münaqişəsində Azərbaycanın Rusiyanın yanında olduğu anlamına gələ biləcək hər hansı sənədə imza atmamalıdır.

 

Çünki, bu səfər və orada imzalanacaq sənədlər Azərbaycan üçün sonradan qarşısının alınması mümkün olamayan problemlər yarada bilər.

 

…İstərdim ki, bu təklifim müxalifətçi təklifi kimi yox, Azərbaycanın gələcəyi üçün narahat olan bir siyasətçinin, bir vətəndaşın təklifi kimi qəbul olunaraq müzakirə edilsin.

 

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifesindən götürülüb.

 

 

Basta