Rəsmi Kiyev Rusiya ilə danışıqlara razılaşmasının səbəbini izah etdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti təslim olmaq fikrində deyil, kapitulyasiya olmayacaq.

 

UNİAN müxbirinin verdiyi məlumata görə, Kuleba bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı bildirib.

 

“Bu gün biz Belarus silahlı qüvvələrinin müharibəyə girməsinə yaxınıq. Məhz buna görə də bu gün prezident Zelenski və prezident Lukaşenko danışıblar. Çünki biz şimal sərhədimizi qorumalıyıq və Belarusun yarada biləcək təhlükələri minimuma endirməliyik” – deyə,  Kuleba izah edib.

 

Nazir qeyd edib ki, Ukrayna hakimiyyəti Ukrayna-Belarus sərhədinin keçid məntəqəsinə nümayəndə heyəti göndərməyə razılaşıb: “Biz Belarusun Rusiyanın hərbi bazası olan Qomelə getməyə hazırlaşmırıq. Sərhəddə görüşəcəyik. Rusiyanın nə dediyini eşitmək üçün ora gedəcəyik. Heç bir ilkin danışıqlar aparmadan ora gedirik. Və Rusiyanın hərəkətləri ilə bağlı fikirlərimizi bildirmək üçün ora gedirik”, – deyə Kuleba bildirib.

 

O qeyd edib ki,  Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenskiyə danışıqlar başa çatana qədər Ukraynaya qarşı Belarus hərbi qüvvələrindən  istifadə edilməyəcəyinə dair zəmanət verib.

 

“Bu, artıq bir nailiyyətdi, biz ümid edirik ki, Aleksandr Lukaşenko sözünün üstündə duracaq. Biz danışıqlar övründə də dövlətimizi müdafiə edəcəyik. Ölkəmiz tam azad olunmayana qədər dayanmayacağıq”, – deyə Kuleba vurğulayıb.

 

O əlavə edib ki, danışıqlarda heç bir qəbahət yoxdur: “Bu danışıqların nəticəsi sülh və müharibənin sonu olarsa, bunu alqışlamaq lazımdır. Amma mən açıq şəkildə bildirirəm ki, biz təslim olmayacağıq, təslim olmayacağıq, ərazimizin bir hissəsini belə təslim etməyəcəyik”.

 

Basta