Britaniya kəşfiyyatının rəhbəri: “Rusiya ordusunun nəfəsi kəsiləcək”

 

Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur deyib ki, Rusiyanın Ukraynadakı ordusu ciddi müqavimətlə üzləşib və prezident Vladimir Putin hərbi əməliyyatları müvəqqəti dayandırmağa məcbur olacaq və bu, potensial olaraq Ukrayna qüvvələrinə cavab zərbələri endirmək üçün daha çox imkan verəcək.

“Bloomberg”in məlumatına görə, MI6-nın rəhbəri bunu cümə axşamı günü Aspen Təhlükəsizlik Forumunda etdiyi çıxışında deyib.

“Biz hesab edirik ki, Rusiya üçün yaxın bir neçə həftə ərzində canlı qüvvə və texnika tapmaq getdikcə çətinləşəcək. Onların nəfəsi kəsiləcək,  dayanmalı olacaqlar və bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək”.

 

Basta