Şahmat Olimpiadası: Azərbaycan komandası Ermənistan yığmasını 4:0 məğlub edib
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, dünən keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb. Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.