Erməni milyarder Rusiyanın “batan gəmisini tərk edir”
“Troyka Dialoq” investisiya şirkətinin təsisçisi, milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək, Xankəndinə köçəcəyini bildirib. O, bu qərarını “bütün ermənilərin çətin gündə “Arsax”ın yanında olması zərurəti” ilə əlaqələndirib.
Ermənistan mətbuatının yazdığına görə, Vardanyan Qarabağdakı separatçı rejimin “dövlət naziri” vəzifəsinə təyin edilə, sonrakı mərhələdə isə sepraratçıların başçısı Araik Arutunyanı əvəz edə bilər.
Ukrayna mətbuatında erməni milyarderin bu bəyanatı Rusiyanın “batan gəmisini tərk etmək” cəhdi kimi qiymətləndirilib.
Basta