Çində son durum

 

Sentyabrın 24-də Pekində vəziyyət sakitdir, Çin paytaxtının sakinləri parklarda gəzir və alış-verişə gedirlər, gücləndirilmiş təhlükəsizlik tədbirləri yoxdur. Bu barədə RİA Novosti məlumat yayıb.

Çin paytaxtının sakinləri oktyabrın 1-də qeyd olunacaq Çin Xalq Respublikasının yaradılmasının 73-cü ildönümü ilə əlaqədar “Qızıl həftə”yə –  yeddi günlük bayrama hazırlaşırlar. Hər il dünyanın hər yerindən çoxsaylı turistləri cəlb edən ölkənin baş meydanı olan Tiananmendə ənənəvi “Çiçək və Meyvə Səbəti” gül kompozisiyaları artıq quraşdırılıb.

Bundan əvvəl internetdə Çində  dövlət çevrilişi və hakimiyyətin orduya keçməsi ilə bağlı məlumatlar yayılıb.

 

Basta