ABŞ Ukraynaya daha 12 milyard dollar ayıracaq

ABŞ Konqresi müvəqqəti xərclər haqqında qanun layihəsini müzakirə edərkən Ukraynaya hərbi və iqtisadi yardım paketinə daha 12 milyard dollara yaxın daxil edilməsinə razılıq verib. 

Reuters xəbər verir ki, bu vəsaitin 4,5 milyardı Ukraynanın silahlanmasına,  2,7 milyardı isə kəşviyyat və digər hərbi sahələrin təkmilləşdirilməsinə yönələcək. Bundan başqa Ukraynanın cari büdcə xərclərinin ödənməsinə də 4,5 milyard dollar ayrılacaq. Beləliklə, prezident Vladimir Zelenskinin administrasiyası əsas işçilərin maaşlarını ödəyə, ukraynalıları dəstəkləyə və mülki əhaliyə kömək üçün digər kritik xərcləri qarşılaya biləcək.

Basta