Milli Məclisə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi daxil olub

Milli Məclisə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi daxil olub.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.

APA xəbər verir ki, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən qanunvericilik işləri planına 10 məsələ daxil edilib.

Həmin layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;

7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

 

Basta2.com