Arif Hacılı sərbəst buraxılıb
Müsavat başqanı Arif Hacılı cümə günü saat 14:30 radələrində öz evinin yaxınlığında “maşınla qoşa xətti keçmisən” bəhanəsi ilə polis idarəsinə aparılıb.
Partiyadan verilən məlumata görə, saxlanılarkən xanımı yanında olub, polislər kobuluq edib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Basta”nın sualına cavab olaraq Arif Hacılının polis bölməsinə, yaxud polis idarəsinə aparılmadığını, yol hərəkəti qaydasının pozuntusu ilə bağlı protokol yazıldıqdan sonra sərbəst buraxıldığını bildirib.
Bundan bir müddət sonra Arif Hacılı sərbəst buraxılıb. Polislər əvvəlcə onu polis bölməsinə tərəf aparsalar da, sonra maşınla öz evinin yanına gətirərək sərbəst buraxıblar.
Basta