Zelenski ilin adamı seçildi
Ukrayna prezidenti Vladimir Zelenski “Financial Times” tərəfindən ilin adamı seçilib.
Fevral işğalından əvvəl bir çox ukraynalılar tərəfindən zarafat kimi qələmə verilən 44 yaşlı Zelenski çətin anda qeyri-adi liderlik qabiliyyəti nümayişi ilə tarixdə özünə yer qazanıb
Zelenski Ukrayna xalqının Rusiya təcavüzünə qarşı mübarizədə cəsarət və dözümlülüyünün təcəssümü oldu.
Məhz bu səbəblərə görə “Financial Times” Zelenskini ilin adamı seçib”.
Ukrayna prezidenti İkinci Dünya Müharibəsi dövründə anti-fasist koalisiyanın qurucusu olan Böyük Britaniyanın baş naziri Uinston Çörçilllə müqayisə edilir.
Financial Times yazır ki, Zelenski gündəlik müraciətləri ilə blitskrig zamanı ölkəsini səfərbər etmək üçün radioya çıxan Çörçilə bənzəyir.
Basta