İşçilərə 345 manatdan az maaş vermək qadağan edildi
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) minimum əməkhaqqı artımı ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumatda bildirilib ki, işçilərə minimum əməkhaqqından az əməkhaqqı vermək qadağandır.
“İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə bu, inzibati məsuliyyətə səbəb olur”,- məlumatda vurğulanıb.
Qeyd edək ki, 1 yanvardan etibarən Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manat müəyyən edilib.