Sərhəddə artilleriya dueli gedir

Mayın 11-də saat 17:00-də erməni qoşunlar  Zod kəndi tərəfdən  Azərbaycan Silahlı Qüvvələrinin  sərhəddəki mövqelərini D-30 toplarından atəşə tutmağa başlayıb. Azərbaycan hərbçiləri adekvat addımlar atırlar, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi bildirir ki, həmin vaxt Azərbaycan Silahlı Qüvvələri Zod kəndini minaatanlardan atəşə tutub.

Turan