Müsavat Zamin Salayevin azad olunmasını tələb edir – Divanın gündəliyi
Mayın 15-də Müsavat Partiyası Divanının iclası keçirlib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
İclasda 98 gündür aclıq edən AXCP üzvü Zamin Salayevin komaya düşəndən sonra Penitensiar Xidmətin istintaq təcridxanasından Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi haqqında məlumat verilib. Müsavat bir daha Zamin Salayevi aclıq aksiyasını dayandırmağa çağırıb, Azərbaycan hakimiyyətindən onun azadlığa braxılması tələb edilib.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı müzakirə olunub.
İclasda Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri, Ukraynada Rusiya işğalçılarına qarşı müqavimət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta