Zəfər partiyası Kamal Kılıcdaroğlunu dəstəklədi
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Zəfər partiyası Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun namizədliyini müfadiə edəcək.
Cumhuriyet qəzeti məlumat verir ki, bunu partiyanın sədri Ümid Özdağ bu gün Kamal Kılıcdaroğlu ilə görüşdən sonra birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
Özdağ AKP iqtidarının Türkiyəyə milyonlarla suriyalı və afqanıstanlı qaçqın yerləşdirməsinə işarə edərək “əlkəmizin köçmənistan olmasını istəmirsinizsə, Kılıçdaroğluna səs verin” deyə, seçicilərə çağırış edib.
Zəfər Partiyası seçkilərin birinci turunda Ata İttifaqında təmsil olunub və 2,25 faiz səs toplayıb.
Basta