Mahaçqalada partlayış: 25 ölü, 50-dən çox yaralı – Video

 

Ötən gecə Rusiyanın Mahaçqala şəhərində baş vermiş yanğın və partlayış nəticəsində azı 25 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

“Maş” teleqram kanalının İstintaq Komitəsinə istinadən məlumatına görə, hadisə Mahaçqalanın Kulinskaya küçəsi ilə Federal magistralın kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində baş verib.  Qeyd edilir ki, əvvəlcə yaxınlıqdakı avtoservirdə yanğın başlayıb, sonra yanacaqdoldurma stansiyasına keçib və partlayış baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 238-ci (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlər göstərmə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Basta