BQXK 10 pasienti Qarabağdan İrəvana apardı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 10 nəfəri müalicə üçün Ermənistana aparıb.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, onların hər biri hemodializ alan şəxslərdir.